“Səbail” klubunun baş məşqçisini təyin etmək üçün Müşahidə Şurasının iclası keçiriləcək

“Səbail” klubunun Müşahidə Şurasının iclası olacaq.

“Report”un əldə etdiyi məlumata görə, yaxın günlərdə baş tutacaq toplantıda “dənizçilər”in yeni baş məşqçisi ilə bağlı müzakirə aparılacaq.

Premyer Liqa təmsilçisi ötən gün “Kəpəz”ə uduzduğu (0:1) XII turun matçından sonra Şahin Diniyevlə vidalaşıb. 58 yaşlı mütəxəssis 2022-ci ilin dekabrından Bakı klubunda işləyib.

Qeyd edək ki, “Səbail” hazırda çempionatda 7 xalla 9-cu pillədə qərarlaşıb. Komanda autsayder “Kəpəz”dən cəmi bir xal çox toplayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More