Konstantin Ernst Stiv Cobsu Hitlerlə müqayisə etdi

Rusiyanın “Birinci Kanal”ının baş direktoru Konstantin Ernst “iPhone”un bəşəriyyət üçün son dərəcə təhlükəli olduğunu bildirib və “Apple”ın qurucusu Stiv Cobsu Adolf Hitlerlə müqayisə edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Ernst “Gələcəyin yaradılması” beynəlxalq simpoziumunda çıxışı zamanı deyib.

Onun fikrincə, “iPhone”un yaradılması indi insanların aylarla, hətta illərlə valideynlərinin yanına getməməsinə səbəb olub. K.Ernstin sözlərinə görə, hazırda hətta zənglər də aktuallığını itirir və yazılarla əvəz olunmağa başlayır.

“Şəxsən mənim üçün Stiven Cobs Adolf Hitlerin olduğu personajlar cərgəsindədir”, – “Birinci Kanal”ın direktoru bildirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More