Trampdan ABŞ-nin 35 trilyon dollarlıq borcu ilə bağlı maraqlı təklif: “Kiçik bir kağıza yazacağam”

ABŞ-nin dövlət borcunu ödəmək üçün sadəcə olaraq kağıza tələb olunan məbləği kriptovalyutada yazmaq və borcun bağlandığını bəyan etmək olar.

Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu sözləri ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçicilərlə təkbətək görüşündə zarafat olaraq deyib.

Ağ Evin keçmiş rəhbərinin sözlərinə görə, o, sadəliyinə və lakonikliyinə görə bu variantı çox bəyənir.

“Bəlkə biz ABŞ-nin 35 trilyon dollarını kriptovalyuta ilə ödəyək. Mən kiçik bir kağız parçasına yazacağam: “35 trilyon dollar kriptovalyutada – bizim borcumuz yoxdur”. Bu mənim xoşuma gəlir”, – deyə Donald Tramp bildirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More