Ermənistanın yeni ədliyyə naziri 32 yaşlı gənc oldu

Ermənistanın keçmiş baş prokurorunun müavini 32 yaşlı Srbui Qalyan ədliyyə naziri vəzifəsinə təyin edilib. Müvafiq fərmanı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan imzalayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Ermənistan KİV-ləri xəbər verir.

Əvvəllər bildirilirdi ki, hakim “Vətəndaş Sazişi” Partiyası uzun axtarışlardan sonra onun namizədliyi üzərində dayanıb.

Dünən Qalyan baş prokuror müavini vəzifəsindən azad edilib. O, prokurorluqda qanunsuz mənşəli əmlakın müsadirəsi şöbəsinə rəhbərlik edirdi.

O, 2019-cu ildən ədliyyə nazirinin müavini olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More