UEFA Azərbaycan seçməsinin Millətlər Liqasındakı rəqibini 10 min avro cərimələyib – SƏBƏB

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Estoniya Futbol Assosiasiyasına 10 min avroluq cərimə tətbiq edib.

Oxu.Az xəbər verir ki, buna komandanın IV turda İsveçə evdə uduzduqları (0:3) matçda azarkeşlərin irqçiliyə yol verməsi səbəb olub.

Bundan əlavə, assosiasiyaya birillik sınaq müddəti də verilib. Bu hal yenidən təkrarlansa, millinin matçında tribunalar qismən bağlanacaq.

Qeyd edək ki, Estoniya V turda Azərbaycan millisinin qonağı olacaq. Noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More