Türkiyənin “Qalatasaray” klubunda çıxış edən Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Nara yeni sevgilisi repçi L-Qante ilə canlı yayımda öpüşüb.
Oxu.Az “HaberGlobal”a istinadən xəbər verir ki, ulduz futbolçunun keçmiş həyat yoldaşı Vanda Nara şəxsi “Instaqram” hesabından canlı yayım açaraq yeni sevgilisi L-Qante ilə öpüşüb.
Mauro İkardi Vanda Naranı bu hərəkətindən sonra izləyicilər siyahısından çıxarıb.
Argentinalı jurnalist Dieqo Borinski iki gün öncə İkardinin Vanda Nara üçün İstanbuldan ayrılaraq Argentina klubuna keçmək istədiyini bildirsə də, futbolçu “Qalatasaray”da qalmağa qərar verib.
Qeyd edək ki, Mauro İkardi və Vanda Nara arasındakı xəyanət mövzusu cütlük arasında ilk deyil. Futbolçu və keçmiş həyat yoldaşı daha öncə də bir-birinə dəflərlə xəyanət edib.