Ayətullah Sistani İran-İsrail gərginliyi fonunda İraqın siyasəti ilə bağlı danışdı

“İraqda silah yalnız dövlətin əlində olmalıdır”.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bunu İraqda nüfuzlu ruhani liderlərindən olan ayətullah Əli Sistani BMT-nin nümayəndə heyəti ilə görüşdə bəyan edib.

O, İsrailin Qəzza və Livandakı müharibəsi, bəzi İraq qruplarının İsrailə raket və pilotsuz təyyarələrlə hücumları, həmçinin İranın İsrailin bu ölkəyə qarşı son hava hücumuna cavab vermə ehtimalı ilə yaranan görünməmiş gərginlik fonunda ölkəyə xarici müdaxilənin müxtəlif aspektlərinin qarşısının alınmasının vacibliyini vurğulayıb.

Sistani, həmçinin, qanunun aliliyi, silahın yalnız dövlətin ixtiyarında olması və bütün sahələrdə korrupsiya ilə mübarizənin zəruriliyini qeyd edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More