UEFA Avropa Liqasının Liqa mərhələsində “Makkabi” (Təl-Əviv) ilə İstanbuldakı görüşü təxirə salınan “Beşiktaş” matçın Bakıda keçirilməsi üçün Beynəlxalq Futbol Federasiyası ilə danışıqlara başlayıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Beşiktaş” rəsmiləri İsrail klubu ilə ortaq ölkə olaraq Azərbaycanı gördükləri üçün görüşün Bakıda keçirilməsini istəyirlər.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunun “Beşiktaş” – “Makkabi” (Təl-Əviv) oyununun iki ölkə arasındakı siyasi böhran səbəbindən noyabrın 28-də neytral meydanda keçirilməsi nəzərdə tutulub.