Mask: “Harris marionet rejimi” “müharibə qızışdırıcıları” üçün faydalıdır”

“ABŞ rəhbərliyinin beynəlxalq hərbi münaqişələrin başlanmasının tərəfdarları Demokrat Partiyasından olan namizəd Kamala Harris prezident seçkisində qalib gələrsə, marionet rejimi qurmaq istəyəcəklər”.

Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu fikri İlon Mask bildirib.

“Müharibə qızışdırıcıları Kamala Harrisin marionet rejimini istəyirlər, çünki onlar daha çox müharibə əldə edəcəklər”, – deyə Mask ABŞ-li teleaparıcı Co Roqana müsahibəsində bildirib.

Maskın sözlərinə görə, Harrisin namizədliyini dəstəkləyən ABŞ hakimiyyət nümayəndələri müharibədən fayda əldə edirlər. O, yaranmış vəziyyəti dəlilik adlandırıb və müharibə qızışdırıcılarının Respublikaçılar Partiyasından olan namizəd Donald Trampa nifrət etdiklərini əlavə edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More