Mask Trampın irəlidə olmasına münasibət bildirdi

ABŞ-li milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask ölkəsində seçki prosesinin ilk nəticələri fonunda Respublikaçı namizəd Donald Trampın irəlidə olmasına münasibət bildirib.

Oxu.Az xəbər verir ki, Mask fikirlərini “X” sosial şəbəkəsində yazıb.

Belə ki, Mask paylaşımında tennisdə istifadə olunan “Qeym, set və matç” terminlərindən istifadə edib.

Bundan əlavə, milyarder “Polymarket” platformasının D.Trampın 94 faiz qələbə qazanacağı ilə bağlı proqnozuna “Bum” ifadəsi ilə münasibət bildirib.

Xatırladaq ki, ABŞ-li biznesmen və sahibkar İlon Mask oktyabrın ilk iki həftəsində respublikaçılardan prezidentliyə namizəd Donald Trampın seçki kampaniyasının dəstəklənməsinə 43 milyon dollardan çox vəsait ayırıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More