Külli miqdarda narkotikin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları külli miqdarda narkotik vasitənin Azərbaycanın gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.

Oxu.Az xəbər verir ki, bu barədə DGK məlumat yayıb.

Bildirilib ki, DGK-nın Biləsuvar Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan Rusiya vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

Kinoloji xidmət itinin reaksiyasına əsasən aparılan yoxlama zamanı yükün içərisində alüminium folqalara bükülmüş 10 ədəd bağlamada qablaşdırılmaqla gömrük nəzarətindən gizlədilmiş külli miqdarda – 10 kiloqram 360 qram qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More