ABŞ Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələr bazasından “Minuteman III” qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə bazanın saytında məlumat verilib.
ABŞ hərbçiləri seçki məntəqələri bağlandıqdan bir neçə saat sonra nüvə yüklü hipersəs sürətli raketin sınaq buraxılışını keçirməyi planlaşdırırlar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Daily Mail” ABŞ-nin hərbi rəsmilərinə istinadla xəbər yayıb.
Mənbənin sözlərinə görə, sınaqlar əvvəlcədən planlaşdırılıb və üçüncü dünya müharibəsinin başlanması təhlükəsinin artması fonunda ABŞ-nin nüvə qüvvələrinin hazırlığını nümayiş etdirməyə yönəlib.
Xatırladaq ki, ABŞ-də prezident seçkisi keçirilir. Ağ Evdə hökmranlıq uğrunda respublikaçıların namizədi Donald Trampla demokratların namizədi Kamala Harris mübarizə aparırlar.