1955-ci ildən bu yana keçirilən qitənin ən nüfuzlu klub turnirində ən azı iki dəfə “Real Madrid”ə doğma meydanında 3 və daha çox qol vuran ilk komanda “Milan” olub.
Oxu.Az xəbər verir ki, “rossonyeri”lər UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Santyaqo Bernabeu”da “Real Madrid” üzərində 3:1 hesablı qələbəyə seviniblər.
İtaliya təmsilçisi 2009-cu ildə isə “Real Madrid”i 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Liqa mərhələsində 4 oyun keçirən “Real Madrid”lə “Milan” hərəyə altı xalla 17-18-ci yerdə qərarlaşıb.