ABŞ-də prezident seçkisində qalib gəldiyi elan edilən Donald Tramp qisas almaq istədiyi insanların siyahısını hazırlayıb.
Bu barədə Oxu.Az “Politico” nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, bu siyahıda yer alanlar, əsasən, əvvəllər respublikaçı namizədin əleyhinə qəzəbli ifadələr səsləndirən şəxslərdir.
Siyahıda birinci yerdə Co Bayden və oğlu Hanter Bayden dayanırlar. Tramp, həmçinin, seçkidəki rəqibi Kamala Harrisdən də qisas almaq istəyir. Siyahıya ABŞ-nin keçmiş prezidenti Barak Obama, keçmiş dövlət katibi Hillari Klinton da daxildirlər.
Jurnalistlərin fikrincə, Tramp qərarlıdır və çox yaxında planlarını həyata keçirməyə başlayacaq.