Almaniyanın məşhur avtomobil istehsalçısı BMW-nin gəliri 2024-cü ilin üçüncü rübündə 16% azalıb.
Oxu.Az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Məlumata görə, gəlirin azalmasına səbəb kimi bir sıra avtomobil modellərinin geri çağırılması və Çində tələbin zəifləməsi göstərilib.
Şirkətin göstərilən dövr üzrə xalis mənfəəti 476 milyon avro təşkil edib ki, bu da 2023-cü illə müqayisədə altı dəfə azdır.
Qeyd edək ki, bir müddət əvvəldigər alman avtoistehsalçısı “Volkswagen” şirkətdə ciddi maliyyə problemləri olduğunu və böhranla üzləşdyini açıqlamışdı.