“Tramp bizi danışıqlar masasına qaytarmaq üçün ağır bədəl ödəməlidir”.
Oxu.Az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fədahüseyn Maliki deyib.
“Trampın, yoxsa Harrisin ABŞ prezidenti olmasının bizim üçün heç bir əhəmiyyəti yoxdur, amma bir şey məlumdur ki, amerikalılar JCPOA (Birgə Hətrərəfli Fəaliyyət Planı) öhdəliklərini yerinə yetirmirlər”, – Maliki bildirib.