Avropa Liqası: “Beşiktaş” “Malmö”yə qalib gəldi

UEFA Avropa Liqasının Liqa Mərhələsinin 4-cü turunda Türkiyənin “Beşiktaş” və İsveçin “Malmö” komandaları qarşılaşıb.

Oxu.Az xəbər verir ki, “Beşiktaş” “Malmö”yə 2:1 hesabı ilə qalib gəlib.

76-cı dəqiqədə “Beşiktaş”ın hücumçusu Ernest Muçi hesabı açıb. Semih Kılıçsoy 85-ci dəqiqədə meydan sahiblərinin üstünlüyünü artırıb. Qonaqların heyətində bir qolu yarımmüdafiəçi Sören Riyeks vurub.

“Ağ-qaralar” buqələbədən xallarının sayını 6-ya çatdıraraq turnir cədvəlində 14-cü yerdə qərarlaşıb. “Malmö” 3 xalla 26-cı yerdədir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More