UEFA Çempionlar Liqası: “Barselona” üç xalı darmadağınla qazandı

UEFA Çempionlar Liqasının liqa mərhələsində 4-cü tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, “Barselona” səfərdə “Srvena Zvezda” ilə qüvvəsini sınayıb.

Qonaqlar rəqibin qapısından 5 top keçiriblər. Meydan sahibləri isə bu qollardan yalnız ikisinin əvəzini çıxmağı bacarıblar – 2:5. Levandovski dublla yadda qalıb.

Qeyd edək ki, günün digər qarşılaşmalarında ” Brügge” “Aston Villa”ya 1:0, “Şaxtyor” isə “Yanq Boyz”a 2:1 hesabı ilə qalib gəlib.

Həmçinin, “Zalsburq” səfərdə “Feyenoord”dan üstün olub – 1:3, Praqa “Sparta”sı evdə “Brest”ə uduzub – 1:2, “Ştutgart” öz meydanında “Atalanta”ya məğlub olub – 0:2.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More