ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Yupiterin ən keyfiyyətli şəkillərini dərc edib.
Oxu.Az xəbər verir ki, görüntülər “Cuno” zondu tərəfindən Günəş sisteminin beşinci planetinə 66-cı uçuşu zamanı çəkilib.
Zond 2011-ci ildə buraxılıb və beş il sonra, 2016-cı ildə 2.7 milyard km-dən çox yol qət edərək Yupiterə çatıb. O vaxtdan bəri, zond müntəzəm olaraq Yupiter və onun peykləri yaxınlığında uçaraq şəkillər çəkir və Yerə məlumat göndərir.
Aparat Yupiter üzərindən son uçuşu zamanı planetin ən keyfiyyətli şəkillərini qeydə alıb.