“Skoda” şirkəti Hindistan bazarı üçün nəzərdə tutulmuş yeni kompakt “Kylaq” krossoverini təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə avtomobil istehsalçısının rəsmi saytında bildirilir.
Avtomobilin minimum konfiqurasiyası 25 aktiv və passiv təhlükəsizlik sistemi ilə təchiz olunub.
“Kompakt krossover “Skoda” ailəsinin ilkin səviyyəli modeli olacaq və öz qabaqcıl texnologiyası, eləcə də son dərəcə rəqabətqabiliyyətli qiyməti ilə müştəriləri cəlb etməyi hədəfləyəcək. O, “Slavia” və “Kushaq”ın uğurlarına əsaslanır”, – məlumatda bildirilir.
“Kylaq” “Kushaq” və “Slavia” üçün istifadə edilən eyni modul “MQB-A0-IN” platformasına əsaslanır və yeni model üçün komponentlərin 95%-i Hindistanın özündə istehsal olunur. Krossoverin uzunluğu 3 995 mm, təkər bazası 2 566 mm-dir. Avtomobilin 6 pilləli mexaniki və ya avtomatik transmissiya ilə işləyən 116 at gücünə və 178 at gücündə fırlanma anına malik 1.0 turbo mühərriki var.