Emin Məmmədov: “Düşmənin Cəbrayılda hansı vandallıqları törətdiyinin canlı şahidiyəm”

“Bu gün sevinc hissi ilə doğma Cəbrayılımıza qayıdıram. Çox xoşbəxtəm ki, bu günləri görmək mənə nəsib oldu”.

Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Emin Şirxan oğlu Məmmədov deyib.

O bildirib ki, Cəbrayıl şəhərindən köçkün düşərkən onun 21 yaşı olub:

“32 ildən sonra öz doğma yurduma qayıdıram. Bunu sözlə ifadə etmək olduqca çətindir.

Bu gün ilk dəfə deyil ki, mən Cəbrayıla gedirəm. Artıq bir müddətdir, orada işləyirəm. Düşmənin Cəbrayılda hansı vandallıqları törətdiyini öz gözümlə görmüşəm, canlı şahidiyəm. Hər yeri dağıdıb cəhənnəmə çevirmişdilər. Ölkə başçısının rəhbərliyi ilə torpaqlarımıza, el-obamıza yeni nəfəs gəldi, həyat gəldi. Artıq Cəbrayılımız abad, yenidən qurulmuş bir şəhərə çevrilib. Bundan sonra daha da abad olacaq, cənnət bir diyara çevriləcək.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Qeyd edək ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 30 ailə (150 nəfər) öz doğma yurduna köçürülür. Bununla da Cəbrayıl şəhərində ümumilikdə 163 ailənin (583 nəfərin) məskunlaşması təmin edilib.

Rövşən Əsədov

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More