Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun son oyun günündə 17 görüş keçiriləcək.
Oxu.Az xəbər verir ki, təmsilçimiz “Qarabağ” bu turda Norveçin “Budyo Qlimt” klubu ilə qarşılaşacaq.
“Qarabağ” – “Budyo Qlimt” görüşü ilə yanaşı daha doqquz matçında başlama saatı Bakı vaxtı ilə saat 21:45-dir.
Digər səkkiz oyun isə gecəyarısı start götürəcək.
Qeyd edək ki, UEFA Avropa Liqasında turun açılış oyununda “Beşiktaş” – “Malmö” ilə qarşılaşmışdı.
7 noyabr
UEFA Avropa Liqası
IV tur
Saat 21:45, “Qarabağ” – “Budyo Qlimt”;
Saat 21:45, “Ayntraxt Frankfurt” – “Slavia Praqa”;
Saat 21:45, “Elfsborq” – “Braqa”;
Saat 21:45, FKSB – “Midtyulland”;
Saat 21:45, “Qalatasaray” – “Tottenhem”;
Saat 21:45, “Ludoqorets” – “Atletik Bilbao”;
Saat 21:45, “Nitse” – “Tvente”;
Saat 21:45, “Olimpiakos” – “Reyncers”;
Saat 21:45, “Royal Union” – “Roma”;
Saat 00:00, “Ayaks” – “Makkabi Təl-Əviv”;
Saat 00:00, “AZ Alkmaar” – “Fənərbağça”;
Saat 00:00, “Dinamo Kiyev” – “Ferentsvaroş”;
Saat 00:00, “Hoffenhaym” – “Lion”;
Saat 00:00, “Latsio” – “Porto”;
Saat 00:00, “Mançester Yunayted” – PAOK;
Saat 00:00, “Viktoria Plzen” – “Real Soseydad”;
Saat 00:00, RFŞ – “Anderlext”.