ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın ətrafı silah tədarükü müqabilində Kiyevə ən azı 20 il müddətinə NATO-ya üzv olmaq planlarından imtina etməyi təklif edə bilər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Wall Street Journal” nəşri mənbələrə istinadən məlumat verib.
Nəşr bildirir ki, belə bir plan, həmçinin demilitarizasiya zonasının yaradılması və münaqişənin dondurulmasını da nəzərdə tuta bilər.
Xatırladaq ki, Tramp dəfələrlə Ukraynadakı münaqişəni yoluna qoymaq barədə söz verib, lakin eyni zamanda, Moskvanın münaqişənin həlli ilə bağlı irəli sürdüyü şərtlərin onun üçün qəbuledilməz olduğunu qeyd edib.