Sürücülük hüququ olmadan, narkotikin təsiri altında avtomobil idarə edən şəxs HƏBS OLUNDU

Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir rayonu ərazisində yerləşən stasionar postunda Elsevər Pirverdiyevin idarə etdiyi VAZ-2121 markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, sənədlərin yoxlanılması zamanı Elsevər Pirverdiyevin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb və hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Bu zaman Elsevər Pirverdiyev məsuliyyətdən yayınmaq məqsədilə hadisə yerindən qaçmağa cəhd göstərsə də, YPX əməkdaşlarının sayıqlığı nəticəsində yaxalanıb. Tibbi müayinə zamanı onun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilib.

Barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə göndərilən Elsevər Pirverdiyev məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs olunub.

Baş Dövlət Yol Polisi İdarəsi hüquqazidd əməllər törədən sürücülərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və qanunazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More