Ermənistan baş nazirinin Aparatının İctimai Əlaqələr və İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Ermənistan-İran: əməkdaşlıq prosesi və yeni perspektivlər” adlı seminar çərçivəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın beyin mərkəzlərinin ekspertləri ilə görüşüb.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu barədə İranın ermənipərəst “Miran Press” kanalı məlumat yayıb.
Qeyd olunur ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi ekspertlərin İrəvana səfərini alqışlayıb və siyasi dairələrlə ekspert icmasının nümayəndələri arasında etimadın və şəffaflığın möhkəmləndirilməsinə yönəlmiş belə seminarların keçirilməsinin vacibliyini vurğulayıb.
Həmçinin A.Qriqoryan Ermənistan-İran əlaqələrinin inkişaf kursunu təqdim edib və iqtisadi əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb, Ermənistanın regionallaşdırma siyasətini, hökumətin “Sülh kəsişməsi” layihəsini, Ermənistan-Qərb münasibətlərini şərh edib, habelə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə danışıqlar prosesinə və son hadisələrə toxunub.
Görüşün ikinci hissəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi ekspertlərin suallarını cavablandırıb.