Parlament ehtiyata buraxılan hərbi qulluqçularla bağlı qanunda dəyişikliyi TƏSDİQLƏDİ

Milli Məclis “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində dəyişiklik edilməsi barədə qanun layihəsini son oxunuşda təsdiqləyib.

Oxu.Az xəbər verir ki, bununla bağlı təklif edilən dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ordudan ehtiyata buraxılan hərbi qulluqçular öz xahişinə əsasən hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyə bilərlər.

Dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib.

Mərahim Nəsib



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More