Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin satışında təqsirli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı Elşən Ağayev və 30 yaşlı Sadiq Hətəmli saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, onlardan narkotik vasitə olan marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə S.Hətəmlinin rayonun Aşağı Malax kəndindəki meşə massivində kultivasiya edərək yetişdirdiyi çətənə kolları və satış məqsədilə saxladığı 2 kiloqramdan artıq marixuana aşkar olunub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Meşədə narkotik vasitə yetişdirən keçmiş məhkumlar saxlanıldılar