İsrail “Boeing” ilə müqavilə imzaladı: Yeni nəsil “F-15” qırıcıları alır

İsrail “Boeing Co” (BA.N) şirkətindən 25 ədəd yeni nəsil “F-15” qırıcı təyyarəsinin alınmasına dair müqavilə imzalayıb.

Oxu.Az-ın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə İsrail Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, 5,2 milyard dollarlıq müqavilə bu ilin əvvəlində ABŞ administrasiyası və Konqresi tərəfindən təsdiqlənmiş ABŞ-nin daha geniş yardım paketinin bir hissəsidir.

Nazirlikdən bildirilib ki, yeni “F-15IA” təyyarələrinin tədarükü 2031-ci ildə başlanacaq və ildə 4-6 təyyarə təhvil veriləcək.

Təyyarə mövcud İsrail silahları ilə inteqrasiya olunmuş silah sistemləri ilə təchiz olunacaq, həmçinin artırılmış uçuş məsafəsi və faydalı yükə malik olacaq.

“Bu üstünlüklər İsrail Hərbi Hava Qüvvələrinə Yaxın Şərqdə mövcud və gələcək məsələlərin öhdəsindən gəlməkdə strateji üstünlüyün qorunub saxlanılmasına imkan verəcək”, – deyə nazirliyin bəyanatında qeyd edilib.

“Bu “F-15” eskadrilyası bu ilin əvvəlində alınmış üçüncü “F-35″ eskadrilyası ilə birlikdə bizim hava gücümüzün və strateji imkanımızın tarixi yüksəlişini təmsil edir ki, bu imkanlar cari müharibə zamanı həlledicidir”, – deyə Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir bildirib.

Zamirin sözlərinə görə, hökumət 7 oktyabr 2023-cü ildə Qəzzada müharibə başlayandan bəri təxminən 40 milyard dollarlıq satınalma müqavilələri bağlayıb.

“Qabaqcıl silahlara və sursatlara olan təcili ehtiyaclara diqqət yetirməklə, biz eyni zamanda uzunmüddətli strateji imkanlara da sərmayə qoyuruq”- deyə o qeyd edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More