Muzey kimi fəaliyyət göstərəcək “Şuşa” həbsxanasında işlər aparılır

“1988-ci ildə “Şuşa” həbsxanasında vəzifəyə gələrkən ermənilər buna qarşı çıxdılar və Moskvada təkidlə mənim erməniəsilli digər şəxslə əvəz olunmağım tələb edildi”.

Bu sözləri “İTV Xəbər”ə müsahibəsində “Şuşa” həbsxanasının keçmiş rəisi Aydın Abbasov deyib.

O bildirib ki, Serj Sarqsyan da daxil olmaqla digər erməni rəhbər şəxslər müxtəlif bəhanələrlə məhbusların azad olunması üçün yollar axtarıblar:

“Onlar cəzaçəkmə müəssisəsinin məhbuslarını azərbaycanlılara qarşı təxribatçı kimi hazırlamağı qarşılarına məqsəd qoymuşdular. Erməni işğalından sonra uzun müddət əsarətdə qalan “Şuşa” türməsi isə işgəncə məkanına çevrilir”.

Qeyd edək ki, bu gün azadlığına qovuşan həbsxana muzey kimi fəaliyyətini davam etdirəcək.

Hazırda bu istiqamətdə işlər aparılır.

Ətraflı süjetdə:

Muzey kimi fəaliyyət göstərəcək “Şuşa” həbsxanasında işlər aparılır


Muzey kimi fəaliyyət göstərəcək “Şuşa” həbsxanasında işlər aparılır


Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More