Konfrans Liqası tarixində ən böyükhesablı qələbə: “Çelsi” Emənistanın “Noa” komandasına 8 qol vurdu

Futbol üzrə Konfrans Liqasının Liqa mərhələsinin oyununda İngiltərənin “Çelsi” klubu Ermənistanın “Noa” komandasına 8:0 hesabı ilə qalib gəlib.

Oxu.Az xəbər verir ki, görüş Londonda baş tutub. Qolları Tosin Adarabioyo (12-ci dəqiqə), Mark Qiu (13), Aksel Disasi (18), Joau Feliks (21, 41), Mixail Mudrik (39) və Kristofer Nkunku (69, 76 penaltidən) vurublar.

“Çelsi” Konfrans Liqası tarixinin ən böyük qələbəsini qazanıb. Əvvəllər bu nailiyyət 2023-cü ilin oktyabrında qrup mərhələsində Bolqarıstanın “Ludoqorets” klubuna 7:1 hesabı ilə qalib gələn Danimarkanın “Norşellan” komandasına məxsus idi.

Digər qarşılaşmalar aşağıdakı nəticələrlə bitib:

“Vikinqur” (İslandiya) – “Borats” (Bosniya və Herseqovina) 2-0

“Gent” (Belçika) – “Omoniya” (Kipr) 1-0

“Legiya” (Polşa) – “Dinamo” (Minsk, Belarus) 4-0

HJK (Finlandiya) – “Olimpiya” (Sloveniya) 0-2

“Şemrok Rovers” (İrlandiya) – TNS (Uels) 2-1

“Petrokub” (Moldova) – “Rapid” (Avstriya) 0-3

TSK (Serbiya) – “Luqano” (İsveçrə) 4-1

Pafos (Kipr) – “Astana” (Qazaxıstan) 1-0

“Çelsi” (İngiltərə) – “Noa” (Ermənistan) 8-0

“Kopenhagen” (Danimarka) – “Başakşəhər” (Türkiyə) 2 – 2

LASK (Avstriya) – “Serkl Brügge” (Belçika) 0-0

“Betis” (İspaniya) – “Seyle” (Sloveniya) 2-1

“Yurqorden” (İsveç) – “Panatinaikos” (Yunanıstan) 2-1

APOEL (Kipr) – “Fiorentina” (İtaliya) 2-1

“Vitoriya” (Portuqaliya) – “Mlada Boleslav” (Çexiya) 2-1

“Harts” (Şotlandiya) – “Haydenhaym” (Almaniya) 0-2

“Yagelloniya” (Polşa) – “Molde” (Norveç) 3-0

“Larne” (Şimali İrlandiya) – “Sankt-Qallen” (İsveçrə) 1-2

Qeyd edək ki, Konfrans Liqasında IV tura noyabrın 27-də start veriləcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More