İsa Məsihin möcüzələrindən birinin elmi izahı verildi

İsrailin Kineret Limnologiya Laboratoriyası və Volkani İnstitutundan olan bir qrup alim İsa Məsihin İncildə təsvir edilən möcüzələrindən birinin elmi izahını təklif edib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə tədqiqat “Water Resources Research” elmi jurnalında dərc edilib.

Əhdi-Cədidə görə, İsa Məsih möcüzəvi şəkildə bir neçə balığı çoxaldaraq, böyük bir icmanı yedizdirmişdi. Bu hadisə Luka və Yəhya İncilində qeyd olunub.

Alimlərdən ibarət komanda hadisənin baş verdiyi Tiberiya gölü və ya Qaliley dənizi (İncildə belə adlanır) kimi də tanınan Kineret gölünün dərinliklərini araşdırıb.

Tədqiqatçılar gölün dərinliklərinə temperatur sensorları və suda oksigen səviyyəsini ölçən cihazlar yerləşdirib, həmçinin küləyin sürəti və istiqamətini yoxlayıblar. Məlum olub ki, vaxtaşırı güclü küləklər Kineretin dərinliklərindən oksigeni çəkir, bu da balıqların kütləvi şəkildə məhv olmasına və böyük miqdarda suyun səthinə çıxmasına səbəb olur.

Kineret gölü təbii stratifikasiyaya malikdir – aşağı oksigen tərkibli soyuq alt səviyyə və oksigenlə zəngin olduğu üçün balıqların yaşadığı daha isti üst təbəqə. Vaxtaşırı termal stratifikasiya baş verir, bu zaman iki səviyyənin suları qarışır və göldə balıqların yaşaması üçün oksigen kifayət etmir.

“Biz aşkar etdik ki, kütləvi ölüm zamanı göldə ən çox rast gəlinən balıq növləri adətən sahil boyunca olur və ac əhali tərəfindən asanlıqla toplanıla bilər”, – deyə alimlər qeyd ediblər.

Onların fikrincə, oxşar hadisələr İsa Məsihin dövründə də göldə baş verə bilərdi və bu da İncil mətnlərində öz əksini tapıb.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More