UEFA-nın əmsallar cədvəli: “Qarabağ”ın qələbəsi Azərbaycanı bir pillə yüksəldib

UEFA-nın əmsallar cədvəlində Azərbaycanın mövqeyi dəyişib.

Oxu.Az xəbər verir ki, bu, Avroliqanın 4-cü turunda “Qarabağ”ın Norveçdə “Budyo-Qlimt” üzərindəki qələbəsi (2:1) sayəsində mümkün olub. Qurban Qurbanovun komandası ölkəmizin aktivinə daha 0.500 xal yazdırıb (bu mərhələdə qələbəyə görə verilən 2 xal iştirakçı komandaların sayına (4) bölünür).

Bununla da Azərbaycan bir pillə irəliləyərək 27-ci yerə yüksəlib. Hazırda ölkəmizin aktivində 19.625 xal var. Azərbaycandan bir pillə öndə – 26-cı yerdə olan Rumıniya 20.125, bir pillə geridə – 28-ci yerdə qərarlaşan Bolqarıstan isə 19.125 xala malikdir.

Cari mövsümün qazancı da artıb və 2.875 xala çatıb. Ölkə reytinqi üçün “Qarabağ” və “Zirə” hərəyə 1.250 xal, “Sabah” 0.250 xal və “Sumqayıt” 0.125 xal əldə edib.

Qeyd edək ki, UEFA-nın əmsallar cədvəlinə 95.160 xalla İngiltərə başçılıq edir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More