İstanbul nəhəngi “Qlatasaray”ın ulduzu Mauro İkardi minimum üç həftə yaşıl meydanlarda olmayacaq.
Oxu.Az xəbər verir ki, təcrübəli hücumçu “Tottenhem”lə görüşdə zədələnərək meydanı tərk edib.
“Qalatasaray” klubunun həkimləri İkardinin əzələsində yırtılma olduğunu aşkarlayıblar.
Qeyd edək ki, Mauro İkardi matçın 85-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Onu Mitçi Batşuayi əvəz edib.