Baku TV Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hazır olan igidlərimizi həyata qaytaran ağxalatlı qəhrəmanlardan bəhs edən süjet yayımlayıb.
İkinci Qarabağ müharibəsi zamanı hərbçilərimizə tibbi yardım göstərən həkimlər qeyd ediblər ki, həmin müddətdə nə yorulmaq, nə yemək, nə də yuxu barədə düşünüblər.
“Cərrahlarımız var idi ki, dayanmadan üç gün əməliyyat həyata keçirmişdilər. Cərrahlarımızdan biri əməliyyat zamanı huşunu itirmişdi. Həkimlərin bəzisi sistem qoşdurub, işinə davam edirdi”, – deyə İlkin Bayramov deyib.
Tibb işçiləri yaralı hərbçilərimizlə bağlı danışarkən qeyd ediblər ki, onlar ciddi xəsarət almış olsalar belə, döyüş ruhunu itirməmişdilər:
“Yalvarırdılar ki, ayağıma dəyməyin, döyüşdə iştirak edəcəyəm. Hətta qolu amputasiya olunmuş əsgər də deyirdi ki, işinizi tez bitirin, dostlarımın yanına qayıtmalıyam”.
Daha ətraflı videosüjetdə:
Müharibənin ağxalatlı qəhrəmanları: “Yalvarırdılar ki, ayağıma dəyməyin, döyüşdə iştirak edəcəyəm”