Qazaxıstanın Aktobe vilayətində “Mi-8” helikopteri qəzaya uğrayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
Məlumata görə, Martuk rayonunun Sarıjar kəndi yaxınlığında helikopter sərt eniş edib. Helikopterin Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinə məxsus olduğu ehtimal edilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri cəlb edilib. Qəzadan sonra baş verən yanğın söndürülüb. Helikopterin göyərtəsində üç nəfər olub, onlardan biri dünyasını dəyişib.
Digər iki zərərçəkən xəstəxanaya yerləşdirilib.