İtaliya A Seriyasında 12-ci tur qarşılaşmaları oynanılır.
Oxu.Az xəbər verir ki, tur çərçivəsində iki Turin təmsilçisi – “Yuventus”la “Torino” birincilərin meydanında üz-üzə gəliblər.
“Allianz Arena”da baş tutan oyun ev sahiblərinin qələbəsi ilə başa çatıb. Hesabı 18-ci dəqiqədə “Yuventus”lu Timoti Vea açıb. Həlledici qolu isə komandanın türkiyəli hücumçusu Kenan Yıldız vurub – 2:0.
Hazırda “qoca sinyora” 24 xalla turnir cədvəlində ilk üçlüyü qapayır. Klub lider “Napoli”dən bir oyun çox keçirsə də, bir xal geri qalır. “Torino” isə 14 xalla 11-cidir.