Holand İngiltərə Premyer Liqasında bütün zamanların rekordunu müəyyənləşdirdi

“Mançester Siti”nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasının 11-ci turunda “Brayton”la səfər matçında növbəti qolunu vurub.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, norveçli hücumçu oyunun 23-cü dəqiqəsində topu rəqib qapısına göndərərək adını tarixə yazdırıb.

Bunun sayəsində E.Holand Premyer Liqa tarixində hamıdan tez 75 qol vurmağa nail olub. Bunun üçün ona 77 oyun lazım olub.

Bu mövsüm forvard İngiltərə çempionatında 15 matçda 14 qol vurub və liqanın bombardirlər siyahısına başçılıq edir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More