“Real Madrid”in qapıçısı Andrey Lunin Ukrayna millisinin UEFA Millətlər Liqasındakı oyunlarında iştirak etməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna millisinin mətbuat xidməti məlumat yayıb.
Heyətə dəvət alan qolkiper ailəvi səbəblərə görə yığmanın düşərgəsinə qoşulmayacaq. 25 yaşlı qapıçını Dmitri Riznık əvəz edəcək.
Qeyd edək ki, Ukrayna millisi noyabrın 16-da Gürcüstanın, 19-da isə Albaniyanın qonağı olacaq.