İsveçrə, Kanada və Böyük Britaniyanın ekofəalları COP29-da dərin dəniz hasilatına və balina ovuna qarşı etiraz aksiyası keçiriblər.
Oxu.Az xəbər verir ki, aksiya COP29-un Yaşıl Zonasında beynəlxalq təşkilatların, fəalların, fotoqrafların və müxtəlif ölkələrdən olan ekspertlərin dəstəyi və FINS-in təşəbbüsü ilə keçirilib.
İştirakçılar Norveç hökumətinin öz dəniz ərazilərində təbii ehtiyatların işlənməsinə başlamaq planları ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər, yerli hasilat şirkətlərinə dərin dəniz hasilatı üçün lisenziyalar veriblər.
Qeyd edilib ki, bu qərar geniş əks-səda doğurub, çünki dünyanın hər yerindən olan bir çox alimlər mümkün nəticələri qiymətləndirmək üçün elmi tədqiqatlar aparılana qədər işlərin dayandırılmasını təkidlə tələb edirlər. Hasilat üçün nəzərdə tutulan ərazi Böyük Britaniya ölçüsündədir və Norveç sərhədlərindən kənarda su ekosistemlərinə təsir göstərəcək:
“Biz Norveç hökumətini Norveç dənizlərində hasilatın başlanmasına qarşı petisiyanı imzalayan 800-dən çox beynəlxalq alimi dinləməyə və öz planlarına yenidən baxmağa çağırırıq. Bundan əlavə, biz Norveçi, təəssüf ki, nəinki qanuniləşdirilən, həm də dövlət tərəfindən subsidiyalaşdırılan balina ovunu dayandırmağa çağırırıq. Balina ovuna kvotalar artmaqda davam edir; bu il 2023-cü illə müqayisədə 15%-dən çox artırılıb və ətin əksəriyyəti ev heyvanları üçün yem istehsalına gedir”, – deyə aksiya iştirakçıları vurğulayıblar.
Aksiya iştirakçıları qeyd ediblər ki, beynəlxalq ictimaiyyəti Norveç hökumətinə müraciəti dəstəkləməyə çağırır və Norveç xalqının unikal dəniz ekosistemlərini qorumaq və balina ovunu dayandırmaq üçün öz liderlərinə təzyiq göstərəcəyinə ümid edirlər.
Daha çox foto burada: PhotoStock.az
Rufina Abdullayeva