COP29-un Yaşıl zonasında növbəti mövzuda panel müzakirəsi olub

COP29-un Yaşıl zonasında biomüxtəliflik və iqlim fəaliyyətində yerli gənclərin liderliyindən danışıblar.

Oxu.Az xəbər verir ki, Bakıda 12 noyabr tarixində baş tutan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) ikinci günündə “Yerin qəyyumları: Biomüxtəliflik və iqlim fəaliyyətində yerli gənclərin liderliyi” mövzusunda panel keçirilib.

Paneldə öz icmalarında biomüxtəlifliyi qorumaq üçün qabaqcıl səylər göstərən Karib İqlim Ədalət Liderləri Akademiyasının (CCJLA) gənc yerli liderləri Vinsent Diringer, Uitni Melinard, Naycel Maduro və Priyanka Pandey mövzu ətrafında öz fikirlərini bildiriblər.

Təbii mühitin qoruyucuları kimi təbiətlə sıx əlaqədə olan gənc liderlər iqlim və biomüxtəliflikə bağlı fəaliyyətləri haqqında məlumat veriblər, bu istiqamətdə biliklərini nəzərə çatdırıblar. Panel iştirakçıları mədəni irs və biomüxtəlifliyin qorunmasının kəsişməsinə diqqət yetirərək icmalar tərəfindən həyata keçirilən mühafizə məsələləri üzrə təcrübələrini bölüşüblər. Onlar həmçinin biomüxtəlifliyin itirilməsi, yerdəyişmə və ekoloji deqradasiya kimi iqlim dəyişmələri ilə əlaqədar icmalarının üzləşdiyi çətinlikləri və bu problemlərin həllində yerli müdrikliyin rolunu vurğulayıblar.

Daha çox foto burada: PhotoStock.az

Könül Əliyeva



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More