Bakı Fond Birjası və AZCHEMCO COP29 konfransında Əməkdaşlıq Memorandumunu imzalayıblar

12 noyabr 2024-cü il tarixində COP29 konfransında “Bakı Fond Birjası” QSC və “AZCHEMCO” MMC şirkətləri arasında kapital bazarları vasitəsilə maliyyələşdirmə, o cümlədən yaşıl istiqrazların buraxılması istiqamətində Əməkdaşlıq Memorandumu imzalanıb.

Oxu.Az xəbər verir ki, sənədin imzalanmasında məqsəd tərəflər arasında qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin təmin edilməsidir.

Memorandum şirkətin kapital bazarları vasitəsilə dayanıqlı inkişafı və bu istiqamətdə Bakı Fond Birjasının dəstəyini nəzərdə tutur.

Məlumat üçün bildiririk ki, “AZCHEMCO” MMC şirkəti COP29-da Azərbaycanda şoranlaşmış torpaqların bərpası ilə bağlı innovativ layihəni təqdim edir. İnnovativ layihə olan şoranlaşmış torpaqların əkin sahələrinə çevrilməsi kənd təsərrüfatının iqlim dəyişikliyinə təsirini azaltmağa kömək edəcək.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More