Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə Qax-Qorağan avtomobil yolunda, Əmircan kəndi ərazisində baş verib.
Rayonun Turaclı kənd sakini 25 yaşlı Günay Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə avtomobildə olan sürücünün baldızı, 2001-ci il təvəllüdlü Abbasova Nuranə Elçin qızı xəsarət alıb. Onun iki ay yarımlıq körpəsi isə aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Sürücü G. Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.