Gürcüstan baş naziri: “Azərbaycanın COP29-a ev sahibliyi etməsi əladır”

“Gürcüstan Azərbaycanla dostluq münasibətlərindən qürur duyur. Biz respublikanızla Ermənistan arasında danışıqların irəliləməsində daha fəal rol oynamalıyıq, Gürcüstan buna hazırdır. Lakin biz tərəfdaşlarla məsləhətləşmələrdən asılıyıq”.

Oxu.Az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

“Qonşu və dost ölkəmiz Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi əladır. Bu tədbir ölkənizin rolunun artmasına töhfə verəcək. Əlbəttə, bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev əla çıxış etdi”, – deyə Gürcüstanın hökumət başçısı qeyd edib.

O, konfransın mükəmməl təşkil olunduğunu vurğulayıb.

“Azərbaycandan olan dostlarımızı bu tədbir münasibətilə təbrik etmək istərdim”, – deyə o əlavə edib.

Rufina Abdullayeva

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More