Baku TV BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində xidmət göstərən könüllülərin fəaliyyəti ilə bağlı süjet hazırlayıb.
Qeyd olunub ki, COP29-da könüllü kimi fəaliyyət göstərmək üçün çox sayda müraciət qeydə alınsa da, onların arasından xarici dil biliyi yüksək olanlar seçilib.
Vurğulanıb ki, könüllülər tədbirə gələn qonaqları, eyni zamanda yerli media nümayəndələrini istiqamətləndirərək onlara lazımi informasiyaları verirlər.
“Tədbir başlamamışdan əvvəl xüsusi təlimlər keçmişik, bütün məlumatlardan xəbərdarıq”, – deyə könüllülərdən biri deyib.
Ətraflı süjeti təqdim edirik:
COP29 könüllüləri hansı işləri görürlər?