Livanın “Hizbullah” hərəkatının döyüşçüləri ilk dəfə olaraq İsrail Müdafiə Nazirliyinin Təl-Əvivdəki baş qərargahının ərazisinə bir qrup pilotsuz uçuş aparatı (PUA) ilə hücum ediblər.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Hizbullah” məlumat yayıb.
Qeyd olunur ki, “Hizbullah”ın üzvləri Təl-Əvivdə, həmçinin İsrail Baş Qərargahı və Hərbi Hava Qüvvələri Komandanlığının qərargahının da yerləşdiyi Hakirya bölgəsinə kamikadze dronlarla hücum ediblər.