Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat edib.

Oxu.Az xəbər verir ki, S.Hacıyev bu gün Bakıdakı meydançaların birində futbol oynayarkən səhhəti anidən pisləşib.

Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, ürəktutmasından vəfat edib.

Xatırladaq ki. S.Hacıyev 1961-ci ildə anadan olub. O, uzun müddət hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini hakim kimi davam etdirib. 2018-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More