“Mançester Siti” təqdim olunan 115 ittihamla Premyer Liqanın maliyyə qaydalarını pozmaqda təqsirli bilindiyi təqdirdə, “Mançester Yunayted”, “Liverpul”, “Arsenal” və “Tottenhem”in kompensasiya üçün potensial iddialarını rəsmi olaraq qeydə alıblar.
Oxu.Az xəbər verir ki, bu barədə “The Times” məlumat verib.
Əgər “şəhərlilər” günahkar bilinərsə, yuxarıda sadalanan klublar son mövsümlərdə liqa titulunu və ya hər hansı bir Avropa yarışına vəsiqə qazana bilmədiyi üçün itirilmiş mənfəət üçün kompensasiya tələb edə bilər. Kompensasiyanın məbləği yüz milyonlarla dollar təşkil edə bilər.
Xatırladaq ki, “Mançester Siti”yə qarşı ittihamlar sponsorluq müqavilələri vasitəsilə gəlirləri şişirtmək və xərcləri gizlətməklə bağlıdır.