Klaudio Ranyeri “Roma”ya qayıdır

İtaliyalı mütəxəssis Klaudio Ranyeri İtaliya “Roma”sı ilə anlaşdığını təsdiqləyib.

Oxu.Az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Daha əvvəl 73 yaşlı çalışdırıcının yenidən “Roma”da işləmək üçün futbola qayıtmağa hazır olduğu haqqında məlumat yayılmışdı. Klub rəhbərliyi və Ranyeri mövsümün sonuna qədər əmək müqaviləsi bağlamağa razılaşıb. Hazırda tərəflər müqavilənin yekun detallarını müzakirə edirlər.

Xatırladaq ki, Ranyeri ötən yay təqaüdə çıxıb. Klaudionun son iş yeri “Kalyari” olub.

Onu da qeyd edək ki, italyan “Roma”ya 2009-2011-ci illərdə və 2019-cu ilin mart-iyun aylarında başçılıq edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More