Ucuz qiymətə bahalı səhhət problemləri: “Second hand” geyimlərin gizli təhlükələri və qorunma üsulu

“Son illərdə daha çox insan qənaət baxımından və ya ətraf mühitə mənfi təsiri azaltmaq məqsədilə “second hand” kimi tanınan işlənmiş geyimlərə üstünlük verir. Lakin belə paltarlar sağlamlıq üçün gizli təhlükə yarada bilər”.

Oxu.Az-ın “The Conversation” portalına istinadən verdiyi məlumata görə, bu barədə britaniyalı mikrobioloq Primrouz Fristoun xəbərdarlıq edib.

Onun sözlərinə görə, ikinci əl geyimlər müxtəlif patogen mikroorqanizmlər üçün əsl “rezervuar” ola bilər.

“Geyimlər xəstəlik törədən patogenlərin daşıyıcısıdır. Əgər satış üçün mağazaya asılmazdan əvvəl yaxşıca təmizlənməyibsə, əvvəlki sahibinin dərisindən mikroorqanizmlər qala bilər və onların arasında patogenlər ola bilər”, – deyə bioloq xəbərdarlıq edir.

Ekspert hər bir insanın dərisinin yalnız artıq onda yaşayan xəstəlik törədən mikroblara uyğunlaşdığını, buna görə də bəziləri üçün təhlükəsiz və heç bir reaksiya yaratmayan mikrobun, digər insanda isə ağır xəstəlik törədə biləcəyini deyib.

O, ikinci əl paltarların potensial “sakinləri” arasında qızılı stafilokok, salmonella, bağırsaq çöpü, norovirus, rotavirus və hətta mikoz və ya keçəl göbələyi törədən göbələkləri sadalayıb.

“Onlardan bəziləri insan tərində olan amin turşuları, dəri piyi və hüceyrə zülalları ilə qidalanaraq geyimlərdə aylarca yaşaya bilər. Poliefir materiallardan hazırlanmış parçada isə, xüsusilə yüksək rütubət şəraitində, 200 günə qədər qala bilərlər”, – deyə o əlavə edib.

Alan kimi yuyun

Mikroblarla bağlı riskləri azaltmaq üçün bioloq işlənmiş geyimləri təxminən 60°C temperaturda yuyucu vasitə ilə yumağı tövsiyə edir. Bu, çirklənməni və əgər varsa, patogen mikrobları da təmizləməyə kömək edəcək.

O, həmçinin çarpaz çirklənmənin qarşısını almaq üçün köhnə geyimləri yenilərdən ayrı yumağı məsləhət görür. Məhsulların antibakterial tozla məhlulda bir neçə saat saxlanması da bütün mikrobların məhv edilməsini təmin edir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More