İqlim maliyyəsinin ədalətli şəkildə formalaşdırılması tələbi ilə aksiya baş tutub

Bu gün Azərbaycanda keçirilən COP29 tədbiri çərçivəsində iqlim maliyyəsinin ədalətli şəkildə formalaşdırılması tələbi ilə aksiya baş tutub.

Oxu.Az xəbər verir ki, iqlim fəallarının keçirdiyi aksiya mavi zonada olub.

Aksiyada “İqlim maliyyəsi üçün pul ver!”, “İqlim maliyyəsi üçün milyardlar yox, trilyonlar!”, “İtki və zərər fondunu doldur!”, “İqlim dəyişikliyinin məsuliyyəti varlı ölkələrin üzərinə düşür!” və digər şüarlar səsləndirilib.

Aksiyada, həmçinin “Detallı İqlim Fakturası” başlığı ilə 10 metr uzunluğunda pankart açılıb.

Məhərrəm Əliyev

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More